Bank Avrasiyanın depozit portfeli ötən il dörddə bir azalıb
2012-ci ildə "Bank Avrasiya" ASC-nin aktivləri 13,8% azalaraq 60,42 mln manat olub. Verilən kredit həcmi 39,5% azalaraq 39,18 mln manat təşkil edib.
Bankın ümumi öhdəlikləri 48,58 mln-dan 41,18 mln manata azalıb. Depozit portfeli 23,7% azalaraq 30,64 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 7,8% artaraq 13,85 mln manat olub.
Balans kapitalı 19,24 mln manata azalıb. Məcmu kapital 18,43 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 20 mln manat səviyyəsində qalıb.
Bankın gəlirləri 6,98 mln manat, xərcləri 8,66 mln manat olub. Onlar 2011-ci il ilə müqayisədə 46,8% və 64,1% artıb. İlin yekununda bank 1,68 mln manat ziyana düşüb. Bir il əvvəl ziyan 514 min manat idi. --15B--
-
- Siyasət
- 14 Fevral 2013 13:59
-
- İqtisadiyyat
- 14 Fevral 2013 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz