Bank «BTB» ASC kapitalın azaldığını elan edib
Bank “BTB” ASC ümumi məbləği 5,6 mln. manat həcmində 5600 ədəd səhmin dövriyyədən çıxarıldığını və ləğvini bildirib.
Bankın səhmlərinin ləğvi bu il martın sonlarında baş verib. Ləğvin hansı yolla aparılması və kimin səhmlərinin ləğv edilməsi açıqlanmır.
Bankın mətbuat xidmətində nizamnamə kapitalının azaldılmasını Turan-a şərh edərək deyiblər ki, hələ ki bu məsələ Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq mərhələsindədir.
Bank səhmdarlar strukturunu da təqdim etmir. Hamıya məlumdur ki, Bank “BTB”yə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ailə üzvü Niğar Mehdiyeva nəzarət edir.
Xatırladaq ki, bu günlərdə Bank “BTB” ASC bu ilin martında məcmu kapitala 8,5 mln. ABŞ dolları həcmində subordinasiya edilmiş borc kapitalı cəlb etdiyini bildirib. Beləliklə, bankın məcmu kapitalı 61,7 mln. manat təşkil edir.08B
-
- Cəmiyyət
- 8 Aprel 2016 12:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz