"Bank of Baku" ASC kommersiya bankı 10 mln manatlıq istiqrazlar emissiya edib. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən verilən məlumata görə, nominalı 1 min manat olan 10 min faizli sənədsiz adlı səhmin emissiya prospekti bazar ertəsi qeydiyyata alınıb. "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Səhmdarları üç hüquqi və iki fiziki şəxs, o cümlədən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevdir (11,22%). --15B-- 

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə