Bank of Baku internet bankçılığı yeniləyib
Müştərilərin rahatlığını təmin etmək məqsədilə “Bank of Baku” internet bankçılıq xidmətinin yeni formatda tətbiqinə başlayıb. Yeni sistem sayəsində müştərilər istifadə etdikləri bank məhsul və xidmətləri barədə dəqiq və ətraflı məlumat əldə etmək imkanı verəcək.
Yeni internet bankçılıq sayəsində müştərilər cari hesablar, əmanət, plastik kartların balansı, kreditlər və digər xidmətlər barədə son məlumatı alacaq. İnternet bankçılığa qoşulmaq pulsuzdur. Yeni formatda internet bankçılıq sayəsində bank müştəriləri həmçinin hesablarına dair son 3 ili əhatə edən çıxarış əldə edə bilərlər. Bank hesabından çıxarış müştəriyə ödənişsiz təqdim edilir.
Beləliklə, indi müştərilər sərf etdikləri vəsaitlərə çevik nəzarət, plastik kartların limitini yoxlamaq, kredit ödənişlərini həyata keçirmək, kartları ilə alış-veriş zamanı xərclənən məbləğ barədə onlayn məlumat, əmanətləri barədə müfəssəl məlumat imkanı əldə edir. --15D--
-
- İqtisadiyyat
- 13 Noyabr 2013 14:24
-
- İqtisadiyyat
- 13 Noyabr 2013 16:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz