«Bank of Baku» və «Auto Azerbaijan»ın kampaniyası başladı
«Bank of Baku» və «Auto Azerbaijan» şirkəti məşhur Chrysler və Peugeot avtomobillərinin yeni satış kampaniyasına başlayırlar. Kampaniya çərçivəsində seçilmiş müəyyən avtomobil modellərini (məsələn, Chrysler 200 Touring 2.4, Chrysler 200 Touring Plus 2.4, Chrysler 200 Limited 3.6, Peugeot 308 və Peugeot 3008 ) 12 və 18 aylıq müddətə sərfəli kreditlə əldə etmək mümkündür. Kredit 12 aylıq olanda müştəri 11 %, 18 ay üçün isə 16 % bank komissiya haqqından azad edilir. Müştəri bütün faiz və komission haqlardan azad olunur və yalnız sığorta haqqını ödəməklə avtomobil əldə etmiş olur.
İlkin ödəniş avtomobil modelindən asılı olaraq 40-50 % arasıdır.
Məsələn, müştəri qiyməti 21900 AZN dəyərində olan Chrysler 200 Touring 2.4 modelini ilkin ödəniş və sığorta haqqı qismində cəmi 9 594 AZN ödəməklə 18 aylıq kreditlə əldə edir. Bu halda müştəri 18 ay ərzində aylıq 730 AZN ödəyəcək, əvvəlcədən ödənilən 16 %-lik ( 2103 AZN) komissiya haqqı isə ona hədiyyə ediləcək.
Beləliklə, əlverişli avtokredit kimi nadir bir fürsəti təqdim etməklə “Bank of Baku” və “Auto Azerbaijan” dünya avtomobil sənayesinin Chrysler və Peugeot kimi məşhurlarını Azərbaycana daha yaxın etmiş olurlar. .—15D--
-
- İqtisadiyyat
- 1 May 2013 15:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz