Bank of Bakunun rüblük hesabatı səhmdarları sevindirmir
«Bank of Baku» ASC-nin aktivləri aprelin 1-i üçün 591,35 mln manat (ötən ilin eyni dövründə nisbətən mənfi 26%, o vaxt 797,84 mln manat olub) təşkil edib.
Nağd vəsait də ötən illə müqayisədə 37,78 mln-dan 25,06 mln manata azalıb. I rübdə kredit portfeli 386,63 mln manat olub. Ötən il 621,47 mln manat idi.
Ötən il aprelin 1-i üçün depozit hesablarında 459,17 mln, bu il 328,76 mln manat olub. Nizamnamə kapitalı 52,87 mln manat (dəyişməyib), xüsusi kapital 61,27 təşkil edib (əvvəl 106,48 mln manat).
«Bank of Baku» ASC 1994-cü ildən fəaliyyət göstərir. Müşahidə Şurasının sədri Elçin İsayev, İH sədri Abbas İbrahimovdur.
2014-cü ildə təsisçilər arasında dəyişiklik olub – Hikmət İsmayılov (21,11%) Azİnvest MMC və Rafiq Əliyevin (sabiq iqtisadiyyat naziri Fərhad Əliyevin qardaşı) paketini alıb. NAB Holding 40%, Azpetrol 28,89% MMC, Elçin İsayev 10% səhm sahibidir. --17D—
-
- Siyasət
- 3 May 2016 13:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz