Bank Silk Way birinci rübə yekun vurub
"Bank Silk Way" 2013-cü ilin I rübündə vergi ödəniləndən sonra 700 min manat xalis mənfəət əldə edib. Bu, 2012-ci ili eyni dövründəkindən 33% azdır. Bankın gəlirləri 3,57 mln manat, xərcləri 2,25 mln manat olub. Onlar 28,6% və 53,3% artıb.
Yanvar-martda aktivlər 4,7% azalaraq 179,34 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 66,9% artaraq 76,66 mln manat təşkil edib.
Bankın ümumi öhdəlikləri 112,09 mln-dan 102,21 mln manata azalıb. Depozit portfeli 30,2% azalaraq 69,71 mln manat, o cümlədən müddətli müştəri əmanətləri
1,1% azalaraq 20,92 mln manat olub.
Balans kapitalı 1,3% artaraq 77,13 mln manat, məcmu kapital 1,1% artaraq 76,46 mln manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 70,19 mln manat səviyyəsində qalıb. --15B--
-
- İqtisadiyyat
- 8 May 2013 12:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz