
Bank sisteminin ümumi aktivləri artıb
Yanvar-oktyabrda Azərbaycan banklarının ümumi aktivləri 17,4% və ya 3 mlrd 551,1 mln manat artıb. AMB-nin məlumatına görə, noyabrın 1-də bu göstərici 23 mlrd 936,2 mln manata çatıb.
On ayda bank sisteminin kreditləri 17 mlrd 316,9 mln manat (+15,5%), xüsusi kapitalı 3 mlrd 997,7 mln manat (+16,7%) olub.
Əhalinin bank əmanətləri 7 mlrd 5,4 mln manat və ya aktivlərin 29,27%-I (+9,5%) təşkil edib. Oktyabrda əmanətçilər passiv olub – cəmi 0,65% artım var. --17D—
-
- Cəmiyyət
- 24 Noyabr 2014 13:30
-
- İqtisadiyyat
- 24 Noyabr 2014 13:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz