«Bank Standard»ın ipoteka portfeli «Muğanbank» və «NBCBank»a ötürülüb
“Bank Standard” ləğv ediləndən sonra onun ipoteka portfeli “Muğanbank”a ötürülüb.
Turan-ın məlumatına görə, beləliklə, “Muğanbank” 2 min nəfərə yaxın ipoteka götürmüş müştəriyə xidmət göstərir və müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə 1-ci yerə yüksəlir.
«Bank Standart»ın ipoteka portfelinin bir hissəsi «NBCBank» ASC-yə verilib.
Turan-ın məlumatına görə, «NBCBank» Asc-yə ipoteka krediti üzrə 311 müştəri verilib.
«Bank Standart»ın ipoteka portfelinin «NBCBank» ASC-yə verilən hissəsinin məbləği 10 mln 623 min 158 manatdır.
İpoteka portfelinin bir hissəsinin verilməsi Aif-lə «NBCBank» arasında 3 oktyabrda imzalanan müqavilə əsasında həyata keçirilib.–71D-
-
- İqtisadiyyat
- 5 Oktyabr 2016 11:09
-
- İqtisadiyyat
- 5 Oktyabr 2016 11:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz