«Bank Standart»ın əmanətçiləri il ərzində kompensasiya üçün müraciət edə bilərlər
Oktyabrın 11-dən «Bank Standard»ın qorunan əmanətçilərinə kompensasiyanın verilməsinə başlanacaq, deyə Əmanətlərin Sığortalanması Fondu bildirir.
Turan-ın məlumatına görə, fond bildirir ki, əmanətçilər kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən bir il müddətində ərizə ilə müraciət edə bilər.
Fondun icraçı direktoru Azad Cavadov oktyabrın 4-də bildirmişdi ki, «Bank Standart»da əhalinin əmanətləri 603 mln manatdır. Bunun 460 mln manatı kompensasiya edilməlidir.
Kompensasiya verilməsi üçün AMB fonda 460 mln manat kredit verəcək. Milli valyuta ilə əmanətlər 172 mln manat, xarici valyuta ilə 175 mln dollardır.
Azad Cavadov bildirib ki, dollar əmanətləri dollarla qaytarılacaq. Bir müştərinin multivalyuta əmanəti olduğu hallarda kompensasiya manatla veriləcək. 71D
-
- İqtisadiyyat
- 6 Oktyabr 2016 11:06
-
- İqtisadiyyat
- 6 Oktyabr 2016 11:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz