Bank Technique yeni kart məhsullarının çeşidini artırır
“Bank Technique” ASC iki yeni kart məhsulunu təqdim edir – “VISA Virtual” və “ VISA Business Gold”.
“VISA Virtual” kartı xüsusi olaraq və yalnız İnternetdə istifadə üçün nəzərdə tutulub. Elektron kommersiyanın təşviqi məqsədilə yaradılan kartlar real mağazalarda ödəniş etmək, ATM-dən vəsaiti nağdlaşdırmaq və s. üçün istifadə oluna bilməz.
Sahibinin maliyyə xərclərinə ikiqat nəzarəti təmin edən “VISA Business Gold” korporativ kartları müəssisə hesabına əməkdaşın ezamiyyət, təsərrüfat və nümayəndəlik xərclərinin ödənilməsi üçün istifadə olunur. Bu növ kartlar həm Azərbaycan, həm də xaricdə istifadə oluna bilər.
Hər iki kartı Bankın bütün filial və şöbələrində sifariş etmək olar. Kartların bir illik istifadə haqqı “VISA Virtual” kartında 5 AZN, “VISA Business Gold” kartında isə 30 AZN təşkil edir. —15D--
-
- İqtisadiyyat
- 4 Oktyabr 2013 12:49
-
- İqtisadiyyat
- 4 Oktyabr 2013 13:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz