Bank VTB (Azərbaycan) ASC növbəti filialı istismara verib
Bank VTB ( Azərbaycan) ASC filial şəbəkəsini genişləndirməkdə davam edir. Bu barədə bankın İH sədri Aleksandr Yeryomin növbəti filialın açılışında məlumat verib.
Onun sözlərinə görə, 2013-cü ildə Bakıda daha 2 filial açılacaq. Bunların biri üçün artıq Mərkəzi Banka müraciət edilib, deyə Yeryomin bildirib. Yeni filial Bakı şəh., H. Aslanov m, M.Hadi küç., 73 ünvanında yerləşir. Beləliklə, bankın filial sayı 4-ə çatıb.
Bank VTB (Azərbaycan) ASC VTB Qrupunun törəmə şirkətidir. Bank 11 mart 2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş bank lisenziyası əsasında fəaliyyət göstərir.
Bu gün Azərbaycanın maliyyə sektoruna uğurlu şəkildə inteqrasiya edən Bank VTB (Azərbaycan) ASC müasir məhsul və xidmətlərin geniş spektrini təklif edən universal bankdır. Qrup üçün prioritet məqsədlərindən biri pərakəndə kreditləşdirmə və kiçik biznes sahiblərinə kreditlərin verilməsidir. Bundan başqa müxtəlif şəxsi məqsədlər üçün kreditlər, depozitlər, təcili pul köçürmələri, avtokreditləşdirmə, hesablama-kassa xidmətləri də həyata keçirilir. –15D--
-
- İqtisadiyyat
- 12 Sentyabr 2013 15:41
-
- İqtisadiyyat
- 12 Sentyabr 2013 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz