AMB notlarının gəlirliyi illik 1,11%-ə düşüb
Azərbaycan Mərkəzi Bankının 50103638S seriyalı 5 mln manatlıq qısamüddətli notları 11 sentyabr 2013-cü ildə keçirilən hərracda yerləşdirilib.
30 mln manat həcmində elan edilən təklifə qarşı hərraca 5 mln manatlıq notlar çıxarılıb. İki investor tərəfindən onlara məcmu tələb nominalla 9 mln manat olub. Sifarişlər 99.9145%-dən (gəlirlilik 1.10%) 99.9106%-dək (1.15%) qiymət diapazonunda verilib.
Rəqabət sifarişləri üzrə kəsmə qiymət AMB tərəfindən 99.9106% (1.15%) təyin edilib, orta ölçülmüş qiymət 99.9137% (1,11%) olub.
Notlar üzrə öhdəliklər 9 oktyabr 2013-cü ildə silinəcək. Əvvəlki hərraclarda AMB notları illik 1,15%-lə satılıb. --15D--
-
- İqtisadiyyat
- 12 Sentyabr 2013 16:09
-
- İqtisadiyyat
- 12 Sentyabr 2013 16:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz