
VISA kartı ilə ödə, bonus dəqiqələri al
Azərbaycan Beynəlxalq Bankı, mobil rabitə operatoru Azercell və Visa ödəniş sisteminin birgə aksiyasına start verib.
Azərbaycan Beynəlxalq Bankının Visa bank kartı ilə 100 manatdan yuxarı mal və ya xidmətə görə ödəniş etdikdə, onun sahibi Azercell mobil telefon nömrəsinə 5 bonus dəqiqə əldə edir.
Aksiyada iştirak etmək üçün Azərbaycan Beynəlxalq Bankının Visa bank kart sahibləri bankın Məlumat Mərkəzinə zəng vuraraq контактные номера (stasionar telefon 012) 437 7900, mobil *2265 (BANK)) operatora Azercell mobil telefon nömrəsini bildirməli və qeydiyyatdan keçməlidirlər. Əgər kart Azercell mobil nömrəsinə SMS-xəbərdarlıq xidmətinə artıq qoşuludursa, onun sahibi aksiyada avtomatik iştirak edəcəkdir. Bankda kartı yeni açanlar bankın əməkdaşına Azercell mobil telefon nömrəsini bildirməlidir.
Aksiyada Azərbaycan Beynəlxalq Bankı tərəfindən buraxılan bütün kartlar iştirak edir (təqaüd, sosial və biznes kartlar istisna olunmaqla); ABB tərəfindən xidmət göstərilən ticarət-xidmət müəssisələrində aparılan ödənişlər hesaba alınır.
Həmçinin AzeriCard (www.azericard.com/?p=1) onlayn ödəniş səhifəsi vasitəsilə ödənişlər hesablanır (hələlik internet provayderlər: AlfaNet, Stream, Super Online, Smart; ТВ operatorlar: B&B TV, DigiTurk; bank xidməti: Bank Respublika, SilkWay Bank, Bank Technique, TuranBank bura aid deyil).
Proqramda qeydiyyat və iştirak pulsuzdur. Bonus dəqiqələr şəbəkədaxili danışıqlar üçün ayda bir dəfə əlavə olunur.
Gündəlik alış-verişinizi Azərbaycan Beynəlxalq Bankının Visa bank kartı ilə edin və Azercell mobil telefon nömrənizin hesabına bonus dəqiqələr qazanın. —15D—
-
- İqtisadiyyat
- 12 Sentyabr 2013 16:17
-
- İqtisadiyyat
- 12 Sentyabr 2013 16:40
İqtisadiyyat
-
Rəqəmsal İnkişaf və Kommunikasiya Texnologiyaları Agentliyi (RİKT) internet provayderləri (İSP) və telekommunikasiya operatorları ilə görüş keçirərək, ölkədə internet sürətinin düzgün ölçülməsi və Azərbaycanın beynəlxalq genişzolaqlı internet reytinqlərində mövqeyinin yaxşılaşdırılması məsələlərini müzakirə edib.
-
Bolqarıstan Azərbaycanı enerji sektorunda əsas strateji tərəfdaşı hesab edir. Ölkə qaz tədarükünün şaxələndirilməsində və regional enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır, Bolqarıstanın yeni təyin olunmuş energetika naziri Jeço Stankov Azərbaycanın nümayəndə heyəti ilə görüşdə bildirib.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Crescent Petroleum şirkətinin baş direktoru Macid Cəfər ilə enerji sektorunda əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib. Görüş hər iki şirkət arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım olub və tərəflər öz fəaliyyətləri barədə fikir mübadiləsi apararaq qarşılıqlı maraq doğuran imkanları qiymətləndiriblər.
-
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf 6 fevralda Sloveniyanın enerji şirkəti Petrol dd-nin İdarə Heyətinin sədri Sašo Berger və Geoplin doo-nun baş direktoru Simon Urbanc ilə görüşüb. Görüşdə Azərbaycan və Sloveniya arasında təbii qaz sektorunda əməkdaşlığın genişlənməsi vurğulanıb.
Jurnalistlər niyə həbs olunur? – Ərəstun Oruclu ilə gündəm müzakirəsi Çətin sualda
Xəbər lenti
-
- Maliyyə,
- 14:30
- 272
Rəy yaz