Bank VTB (Azərbaycan) yeni səhm emisisyası yerləşdirməyə başlayır
"Bank VTB" (Azərbaycan) ASC 12 avqustdan nominalı 0,2 manat olan 135 mln adi sənədsiz adlı səhmi yerləşdirməyə başlayır, deyə Bakı Fond Birjası məlumat verir..
Buraxılış birjanın qeyri-kotirovka vərəqinə daxil edilib. Yerləşdirmə kütləvi təklif yolu ilə olacaq. Anderrayter "Brokdil-az" MMC-dir.
Səhmlərin yerləşdirilməsi səhmlərin yerləşdirilməsindən sonra 130 (yüz otuz) təqvim günü ərzində 2 (iki) mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə səhmlərin yerləşdirilməsinin başlanma tarixindən ilk 120 (yüz iyirmi) təqvim günü ərzində səhmlərin əldə edilməsində üstünlük hüququ Bankın səhmdarlarına onlarda olan səhmlər miqdarına mütənasib qaydada veriləcək. Ikinci mərhələdə isə, sonrakı 10 (on) təqvim günü ərzində səhmlərin əldə edilməsi hüququ istənilən digər şəxslərə veriləcək. Bank VTB 2008-ci ildə Azərbaycanın AF Bankının səhmlərinin 51%-i alıb və rebrendinq keçirib. --15D--
-
- Cəmiyyət
- 1 Avqust 2013 15:53
-
- İqtisadiyyat
- 1 Avqust 2013 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz