Banklar həmişəkindən 4 dəfə çox valyuta alıblar
İyulun 12-də Azərbaycanın kommersiya bankları hərracda son həftələr adətən aldıqlarından dörd dəfə çox dollar alıblar.
Belə ki, Dövlət Neft Fondu (ARDNF) valyuta hərracında 100 mln. dollar satıb. Azərbaycan Mərkəzi Bankı da kommersiya banklarına 100 mln. dollar satıb. Ümumilikdə hərracda 29 bank iştirak edib, bu barədə ARDNF və Mərkəzi Bankın məlumatında deyilir.
ARDNF ümumilikdə iyulda banklara 200 mln. dollar satıb. Qeyd edək ki, indiyədək 50 mln. dollardan çox vəsait çıxarılmayıb, banklar bu məbləğin də yarısını almırdılar. Amma son 10 gündə 50 mln. dollarlıq bütün məbləğ qalıqsız satılıb, bu gün isə satış həcmi dörd dəfə artıb. Ekspertlər və rəsmi şəxslər bu faktla bağlı şərh vermirlər, amma bir çox müşahidəçilər manatın daha da ucuzlaşıb ağını, bəlkə də növbəti devalvasiya olacağını proqnozlaşdırır. Bu fonda bankların xarici valyuta alması itkilərdən qaçmaq yollarından biridir. -02D-
-
- Söz istəyirəm
- 12 İyul 2016 16:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz