Banklar maliyyələşməyə çıxışı genişləndirəcək
Azərbaycan bankları maliyyələşməyə çıxışı genişləndirməyə ciddi ehtiyac duyur.
Dekabrın 2-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Azərbaycan Banklar Assosiasiyasının üzvləri ilə görüş zamanı belə deyib.
O, qeyd edib ki, fond bazarında dəyişiklik yeni alətlərin işlənməsini tələb edir. İndiki konyunkturda (neftin ucuzluğu, manatın devalvasiyası) uzaq perspektivə hesablanan inkişaf strategiyası bugünkü çağırışlara düzgün cavabların tapılmasından asılıdır.
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev isə yeni çağırışlara uyğun qurulacaq iqtisadi modernləşmə siyasətinin formalaşdırılmasında bank sektorunun önəmini xüsusi vurğulayıb.
Görüş iştirakçıları biznes dairələrinin ortamüddətli strategiyalarının müəyyən olunması ilə bağlı yeni iqtisadi çağırışlara dair fikir mübadiləsi aparıb. ---17D—
-
- İqtisadiyyat
- 3 Dekabr 2015 12:50
-
- İqtisadiyyat
- 3 Dekabr 2015 13:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz