Bankların valyutaya tələbatı azalır
Mərkəzi Bank fevralın 5-də valyuta hərracına 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarıb. Hərracda iştirak edən 7 bank tərəfindən məcmu tələb 18,370 mln ABŞ dolları təşkil etdib, sifarişlər 100 faiz təmin olunub, deyə AMB bildirir.
Fevralın 3-də keçirilən hərraclarda 3 bank iştirak edib və 31 mln sifariş verib. Sifarişlər təmin edilib.
Hərraclar hələlik bankların valyutaya tələbatının azaldığını göstərir, deyə Turan agentliyi qeyd edir. Məsələn, yanvarın 27-də hərracda 18 bank iştirak edib və 67,161 mln dollar sifariş edib və sifarişlər təmin edilib.
Agentliyin ekspertləri ehtiyatla qeyd edir ki, AMB 21 dekbar 2015-ci ildəki ikinci devalvasiya dalğasından sonra valyuta bazarında ajiotajı aradan qaldıra bilib.
21 fevral 2015-ci ildəki ilk devalvasiya yalnız əhalinin manat depozitlərinin bir qisminin valyuta depozitlərinə çevrilməsinə səbəb oldu.—0—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz