«BankSilkWay» ASC-nin aktivləri artıb
2015 Yanvar 15 (Cümə axşamı) 14:40:57
İl ərzində «BankSilkWay» ASC-nin aktivləri 14,5% və ya 232 mln 741 min manatadək artıb.
Bankdan verilən məlumata görə, yanvarın 1-i üçün kredit portfeli 178 mln 782 min manat (+20,8%) olub. Bu, depozitlərdən (54 mln 351 min manat və ya + 19,5%) üç dəfə çoxdur. Əhalinin əmanətləri 35,5% artaraq 44 mln 853 min manata çatıb.
Bankın öhdəlikləri 124 mln 550 min manat (+25,5%) olub.
Nizamnamə kapitalı +2,1% artaraq 99 mln 167,58 min manat, xüsusi kapital 108 mln 191,2 min manat olub. Xalis mənfəət 2,6 mln manat təşkil edib. «BankSilkWay» 2008-ci ildə yaradılıb. Səhmdarları 2 fiziki və bir hüquqi şəxsdir.--17D—
-
- İqtisadiyyat
- 16 Yanvar 2015 14:47
-
- İqtisadiyyat
- 16 Yanvar 2015 15:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz