Bazar ertəsi İpoteka Fondu növbəti istiqraz partiyasını satışa çıxaracaq
4 fevral 2013-cü ildə Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) 3 mln manat həcmində faizli sənədsiz, təminatlı, adlı istiqrazlarının yerləşdirilməsi başlayacaq.
AİF-in məlumatına görə, istiqraz satışı açıq abunə yolu ilə olacaq. On illik kağızlar satışa 100,3167% qiymətlə qoyulacaq. Tələb təklifdən çox olsa, bütün sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların yerləşdirilməsinin ilkin təşkilatçısı kimi AMB çıxış edəcək. Fond bu qurumun nəzdində fəaliyyət göstərir.
Fondun 40 mln manatlıq adlı istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsiu tərəfindən ötən ilin dekabrında qeydiyyata alınıb. İstiqrazların nominal qiyməti 1 000 manat, faiz dərəcəsi illik 3%, silinmə tarixi 6 noyabr 2022-ci ildir. Bu günə kimi bu emissiyadan 27,5% (11 mln manat) yerləşdirilib.
2009-2012-cu illərdə Fond 55 mln, 75 mln və 60 mln, 20 mln və 30 mln manatlıq emissiya yerləşdirib. --15D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz