Bələdiyyələrin gəlirləri 37,2% azalıb
2015-ci ildə Azərbaycanda 1607 bələdiyyənin gəlirləri 30,8 mln manat olub. Bu, ötən illə müqayisədə 37,2% azdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Gəlirlərin mənbəyi fiziki şəxslərdən torpaq vergisi – 5 281,3 min manat, fiziki şəxslərin əmlak vergisi 5 928,3 min manat və s. İllik gəlirlərin 37,6%-i vergilərin payına düşür.
2015-ci ildə torpaq satışından bələdiyyələrin gəlirləri 3 dəfə azalaraq 6,7 mln manat olub. Bundan başqa, bələdiyyə əmlakının icarəyə verilməsindən 3,6 mln. Manat əldə edilib.
2015-ci ildə 53 Bakı bələdiyyəsinin gəlirləri 8,4 mln. manat (14,3%), 15 Abşeron bələdiyyəsinin gəlirləri 5,3 mln manat (-60,6%) olub.
Bələdiyyələr büdcələrinin öz idarə aparatlarına (54,9%), mənzil-kommunal təsərrüfatına (23,3%), avtomobil yollarına (9%) və s xərcləyib.
Azərbaycanda bələdiyyələr praktik olaraq yerli özünüidarədə iştirak etmir. 2015-ci ildə onların ümumi xərcləri Azərbaycanın dövlət büdcəsinin xərclərinin cəmi 0,16%-i qədər olub.
-
- İqtisadiyyat
- 11 Aprel 2016 12:32
-
- İqtisadiyyat
- 11 Aprel 2016 13:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz