Beş ayda iqtisadiyyata 6 mlrd 416,3 mln manat vəsait qoyulub
Dövlətstatkomun məlumatına görə, 2015-ci ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatına 6 mlrd 416,3 mln manat dövlət və özəl vəsait (ötən ilin eyni dövrünə nisbətən +3,7%) qoyulub.
Bunun 4 mlrd 151,1 mln manatı və ya 64,7% istehsal, qalan 2 mlrd 265,2 mln manat servis obyektlərinə yönəldilib.
Daxili investisiyalar 59,1% və ya 3 mlrd 791 mln manat, xarici investisiyalar 2 mlrd 625,3 mln manat olub.
Bu vəsaitlərin 3 mlrd 657,5 mln manatı və ya 57% qeyri-neft, 2 mlrd 758,8 mln manat neft sektoruna qoyulub.
Özəl sektorun payı 4 mlrd 549,2 mln manat və ya 70,9%-dir.
Dövlət büdcəsindən ayırmalar 44,9% azalıb - 1 mlrd 236,4 mln manat. Müəssisə və təşkilatlar özü 4 mlrd 604,6 mln manat (+33,8%) xərcləyib. Banklar bu məqsədlə 248,1 mln (+12,5%), fiziki şəxslər 163,3 mln manat (+22,3%) xərcləyib. --17D—
-
- Cəmiyyət
- 12 İyun 2015 15:39
-
- İqtisadiyyat
- 12 İyun 2015 15:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz