Beynəlxalq Bank səhm yerləşdirməsini başa çatdırır
Cümə günü “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mövcud səhmdarları üçün 4 aylıq imtiyaz dövrü başa çatır. Aprelin 7-də səhər bank səhmlərin 63%-i (485 mln 332,2 min ədəd) yerləşdirib.
Bakı Fond Birajsının məlumatına görə, ötən cümə növbəti səhm yerləşdirilməsi olub. 49 sifariş üzrə 15 mln 305,5 min manatlıq səhm alınıb.
Bu həftə mövcud səhmdarlar müraciət etməsə, gələn həftədən 2 həftə ərzində investorlar səhmləri nominala və bah ala bilər. Əvvəlki emissiyalarda səhmlər ilk gündəcə alınıb.
Yerləşdirmədə 292 fiziki və hüquqi şəxs, o cümlədən Maliyyə Nazirliyi (50,2% pay) iştirak edib. Bank 126 mln 186,3 min manat əldə edib. ABB-nin ödənilmiş nizamnamə kapitalı 494,5 mln manatdır.
Yerləşdirmə başa çatanda (12 iyun) nizamnamə kapitalı 568,3 mln manata çatacaq. ABB 2015-2017-ci illərdə ildə 100 mln manat cəlb etmək istəyir.
Anderrayter "International Transaction System" MMC-dir.
Səhmlərin nominalı 0,26 manat, bazar qiyməti 0,18 manatdır. Bankın səhmdarları 14 hüquqi və 1800 fiziki şəxsdir. 08D
-
- İqtisadiyyat
- 7 Aprel 2014 15:20
-
- Cəmiyyət
- 7 Aprel 2014 16:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz