ARDNŞ: energetika milli təhlükəsizlik deməkdir
Orta Avropa ilə Avropanın ucqarları arasında qiymət və tədarükün etibarlılığı arasında fərq Xəzər regionu ilə Avropa İttifaqı arasında təmas nöqtələrinin tapılmasını zəruri edir, deyə ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov aprelin 4-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşündə bildirib.
"Bu, dünyanın ən mürəkkəb energetika vəzifələrindəndir", - deyə Nəsirov bildirib.
Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" haqqında çox danışmaq olar. "Əlbəttə, bu qaz dəhlizinin Avropa İttifaqı üçün əhəmiyyəti barədə düşünməliyik. Avropa İttifaqı daha yüksək səviyyəli təhlükəsizliyə ehtiyac duyur, energetika təhlükəsizliyi istənilən ölkənin milli təhlükəsizliyindən ayrıla bilməz. Aydın olur ki, energetika istənilən ölkənin milli təhlükəsizliyinə bərabərdir", - deyə o, əlavəe dib.
* 2014-cü il fevraın sonunda ARDNŞ 270-dən çox üzvdən ibarət AmCham ailəsinə qoşulub. –0--
-
- Cəmiyyət
- 7 Aprel 2014 15:08
-
- İqtisadiyyat
- 7 Aprel 2014 15:53
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz