Beynəlxalq Bankın yeni rəhbəri hələ təyin edilməyib
Azərbaycan Beynəlxalq Bankı səhmdarlarının ümumi yığıncağının 2 aprel tarixli qərarına əsasən, bankın sədri səlahiyyətlərini 2012-ci ildən Bankın birinci sədr müavini olan Emil Mustafayev həyata keçirəcək. Bu barədə bankın press-relizində deyilir.
Azərbaycanın ən böyük bankının sədri vəzifəsi martın 18-də Cahangir Hacıyevin səhhəti ilə əlaqədar istefasından sonra boşdur.
Dünən PASHA Bank-a rəhbərlik edən Fərid Axundovun beynəlxalq bankın sədri təyin edildiyi haqqında qeyri-rəsmi məlumat yayılıb. Lakin hələlik bu məlumat rəsmi təsdiqini tapmayıb.
Azərbaycan Beynəlxaql Bankı 1992-ci ilin yanvar ayında təsis edilib.
Bankın əsas səhmdarı Azərbaycan hökumətidir (səhmlərin 50,2%-i, səhmlərin 49,8%-i fiziki və hüquqi şəxslərə məxsusdur). -06D-
-
- Cəmiyyət
- 3 Aprel 2015 12:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz