Birinci Avropa oyunlarına dövlət büdcəsindən1,3 mlrd. manat ayrılacaq
Qarşıda duran Birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan hökuməti gələn il təkcə dövlət büdcəsindən 1,3 mlrd. manat ayırmağı planlaşdırır.
Dövlət büdcəsinin icrasının Maliyyə Nazirliyinin saytında dərc edilmiş təqdimatında deyilir ki, məxaric maddəsi “oyunların keçirilməsi üçün idman infrastrukturunun yaradılmasının, təşkilati və digər işlərin maliyyələşdirilməsi” adlanır. Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsində ümumi dövlət kapitalı 6 mlrd. 930 mln. manat ölçüsündə nəzərdə tutulub.
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçiriləcək. Doqquz idman növü üzrə yarışlar 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək növbəti Yay Olimpiya Oyunları üçün lisenziya xarakteri daşıyacaq. Bu, oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atış, üzmə, masaüstü tennis, taekvondo və triatlondur. -17D-
-
- İqtisadiyyat
- 14 Oktyabr 2014 15:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz