Birinci rübdə PASHA Bank-ın kredit portfeli 16% genişlənib
Bu il iyulun 1-i üçün "PASHA Bank" ASC-nin aktivləri 656,48 mln manat olub. Verilən kredit həcmi 44,59 mln manat və ya 16% artaraq 325,48 mln manata çatıb.
Depozit portfeli 360,65 mln manat olub. Bunun 121,79 mln manatı müddətli müştəri əmanətləridir.
Məcmu kapital 1,9% artaraq 181,42 mln manat olub, ödənilmiş nizamnamə fondu 157 mln manat səviyyəsində qalıb. Bankın gəlirləri və xərcləri 32,35 mln və 28,42 mln manat təşkil edib. Xalis mənfəət 3,93 mln manat olub.--15B--
-
- İqtisadiyyat
- 4 İyul 2013 14:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz