Birinci yarım ildə Rabitəbank-ın kapitallaşması üçdə bir artıb
Bu ilin I yarısında "Rabitəbank" ASC-nin aktivləri 37,8% artaraq 215,85 mln manata çatıb. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 27,1% artaraq 134,01 mln manat olub.
Bankın ümumi öhdəlikləri 122,75 mln-dan 170,66 mln manata artıb. Müddətli müştəri əmanətləri 42,2% artaraq 100,8 mln manat təşkil edib.
Balans kapitalı 45,19 mln manata çatıb. Məcmu kapital 30% artaraq 43,94 mln manat, ödənilmiş nizamnamə fondu 33,3% artaraq 40 mln manat olub.
Bankın gəlirləri və xərcləri 12,17 mln və 11,44 mln manat təşkil edib. Vergi ödəniləndən sonra xalis mənfəət 735 min manat olub. --15B--
-
- İqtisadiyyat
- 12 Sentyabr 2013 17:06
-
- İqtisadiyyat
- 12 Sentyabr 2013 17:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz