Birinci yarım ildə TRACECA ilə 29 mln ton yük və 140 mln sərnişin daşınıb
Avrasiya Nəqliyyat Dəhlizi (TRACECA) ilə yük daşımaları həcmi bu ilin 6 ayında 29 mln ton (ötən ilin eyni dövrü ilə müqayisədə +3,1%) olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, dəhlizdə daşınmış yüklərin 45,7%-i avtomobil, 36,3%-i dəmir yolu, 18%-i dəniz nəqliyyatının payına düşüb. Daşınmış yüklərin 25,8%-i və ya 7,5 mln tonunu tranzit yüklər təşkil edib. Dəhlizlə 138,7 mln nəfər (+7,3%) sərnişin daşınıb.
Yük daşımaları fəaliyyətindən 226,3 mln manat (+5,9%), sərnişin daşınmasından isə 46,5 mln manat (+14,5%) gəlir əldə olunub.
TRACECA-nın qərbdəki son nöqtəsi Frnkfurt, şərqdə Şanxaydır. Aİ-nin proqramında Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkiyə, Bolqarıstan, Rumıniya və Əfqanıstan iştirak edir. --17D—
-
- İqtisadiyyat
- 14 Avqust 2013 17:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz