Birinci yarımildə «Dəmirbank»ın əməkdaşları 221 nəfər azalıb
Birinci yarımildə «Dəmirbank» çü filialını bağlayıb. Turan-ın məlumatına görə, bu barədə bankın Məlumatların Elektron Açıqlanması Sisteminin ( disclosure.az) saytında açıqlanan hesabatında bildirilir.
Bu dövrdə bankın «Bakıxanov», «İçərişəhər», «Xırdalan» filialları bağlanılıb.
Hesabat dövründə bankın əməkdaşlarının sayı 1008-dən 787-yə (221 nəfər) azalıb.
«Dəmirbank» 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 21 mln manatdır. Bankın səhmdarları 815 fiziki və 18 hüquqi şəxsdir. Ən iri səhmdarı AYİB-dir – 25%. Fiziki şəxslər arasında Müşahidə Şurasınlın sədri Rəhman Hacıyevin daha çox - 19,72% payı var.
11 noyabrda Fitch Ratings bankın uzunmüddətli defolt reytinqini «B-»dən «CCC»yə, qısamüddətli reytinqini "B"dən "C"-yə endirib.
Agentlik bildirir ki, bank kapital probleimi həll edə bilməyib və ödəniş qabiliyyətini qorumaq üçün dəstəyə ehtiyacı var. 71D
-
- Cəmiyyət
- 7 Dekabr 2016 23:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz