BP Azərbaycana strateji yanaşma tətbiq edəcək
Dünya Bankının (DB) Azərbaycanla əlaqəli Country Partnership Framework strategiyasının hazırlığı 2015-ci ilin birinci rübündə başa çatacaq.
Bankın Bakı nümayəndəliyinin rəhbəri Larisa Leşenkonun sözlərinə görə, pilot layihə hələlik üç ölkəyə - Azərbaycan, Albaniya və Bolqarıstana tətbiq edilib. Hələlik ölkənin sistematik diaqnostikası barədə hesabat hazırlanır, daha sonra hökumətin, ictimai təşkilatların, akademik dairələrin, universitetlərin, beyin mərkəzlərinin, ictimaiyyətin digər kəsiminin iştirakı ilə məsləhətləşmələr olacaq. Hesabat sentyabrda hazır olacaq, deyə o bildirib.
“Hesabatın özəlliyi ondadır ki, orada ölkənin qarşısında dayanan əsas çağırışlar müəyyən ediləcək. Bu iş Bank qrupunun qarşısına qoyduğu iki strateji məqsəd çərçivəsində həyata keçiriləcək. Birinci məqsəd dərin kasıbçılığın azaldılmasından, ikinci məqsəd – ölkədə sərvətlərin daha ədalətli bölüşdürülməsindən ibarətdir” –deyə menecer əlavə edib.
Azərbaycana dair Country Partnership Framework strateji proqram 2015-2018-ci maliyyə illərini əhatə edəcək. DB-nın Direktorlar Şurası Azərbaycanla 2011-2014 maliyyə dövrünə hesablanmış əməkdaşlığın yeni strategiysını təsdiq edib.
Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. Əməkdaşlıq dövründə DB Azərbaycan 51 layihənin reallaşdırılmasına ümumilikdə $3,3 mlrd kredir ayırıb. Hazırda 17 layihənin reaallaşdırılması davam edir. --17D—
-
- İqtisadiyyat
- 2 May 2014 16:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz