BSŞ-nin ISO 9001:2008-ə uyğunluğu təsdiq edilib
Beynəlxalq Sığorta Şirkəti ISO 9001:2008 standartına uyğunluğunu təsdiq edib.
Audit SGS şirkətinin ekspertləri tərəfindən 15-16 mayda keçirilib. Bu, şirkətin üçüncü uyğunluq sertifikatıdır. İlk iki sertifikat 2006 və 2009-cu illərdə verilib.
SGS auditor şirkətləri şəbəkəsinin 1 min 350 regional ofisi var. Orda 70 min nəfər çalışır.
Azərbaycan Beynəlxalq Bankının təsis etdiyi Beynəlxalq Sığorta Şirkəti Azərbaycan sığorta bazarında 2002-ci ilin aprelindən fəaliyyət göstərir. Hazırda şirkət 34 sığorta növü üzrə xidmət göstərir. Şirkətin nizamnamə kapitalı 8,8 mln manatdır. --17D—
-
- İqtisadiyyat
- 21 May 2013 15:19
-
- İqtisadiyyat
- 21 May 2013 15:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz