BTB Bank xalis mənfəəti üç dəfə artırıb
"BTB Bank" bu ilin 3 rübündə vergi ödəniləndən sonra 3,76 mln manat xalis mənfəət əldə edib. Bu, bir il öncəkindən 3,2 dəfə çoxdur. Bankın gəlirləri 14,61 mln manat, xərcləri 10,85 mln manat olub. Onlar 57,8% və 33,9% artıb.
Yanvar-oktyabrda aktivlər 27,6% artaraq 117,08 mln manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 28,4% artaraq 106,32 mln manata çatıb.
Bankın ümumi öhdəlikləri 73,65 mln-dan 85,46 mln manata artıb. Depozit portfeli 0,5% azalaraq 42,7 mln manat olub, müddətli müştəri əmanətləri 9,1% artaraq 35,78 mln manat təşkil edib.
Balans kapitalı 31,62 mln manata çatıb. Məcmu kapital 88,1% artaraq 30,35 mln manatı keçib, ödənilmiş nizamnamə fondu 75% artaraq 23,84 mln manat təşkil edib. --15B--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz