BTC ilə neft nəqli 5% artıb
2014-cü ildə Bakı-Tbilisi-Ceyha kəməri ilə 34,6 mln ton neft nəql edilib. 2013-cü ildə bu göstərici 33 mln ton olub, deyə Dövlətstatkom bildirir.
"BTC ilə ötən il ölkənin neft kəmərləri ilə nəql edilən neftin dörddə üçü ötürülüb", - deyə hesabatda bildirilir.
Dövlətstatkoma görə, hesabat dövründə ölkənin neft kəmərləri ilə 45,8 mln ton neft nəql edilib. Bu, 2013-cü ildəkindən 5,1% çoxdur.
* ВТС-nin uzunluğu 1768 km-dir. Tikintisi 18 may 2005-ci ildə başa çatıb.
Səhmdarları BP (30,1%), ARDNŞ (25%), Chevron (8,9%%), Statoil (8,71%), ТРАО (6,53%), Eni (5%), Total (5%), Itochu (3,4%), Inpex (2,5%), ConocoPhillips (2,5%) və ONGC-dir (2,36%).—12D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz