Buğda idxalı 14,8% azalıb
2016-cı ilin I yarısında Azərbaycan xaricdə 682,7 min ton buğda alıb (o cümlədən toxumluq). Bu, ötən ilin eyni dövründəkindən 117,7 min ton və ya 14,8% azdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Ərzaq, yemlik və toxumluq buğda Rusiya – 610,4 min ton, Qazaxıstan – 18,3 min ton və Ukraynadan (8,9 min ton) tədarük edilir.
Təkcə aprel-iyunda Azərbaycan 471,8 min ton buğda alıb.
Əgər 2015-ci ilin I yarısında 1 ton buğda $234,3-a alııb, bu ilin eyni dövründə bu göstərici $189,1 olub. Amma iyulda çörək bişirənlər çörək və çörək-bulka məmulatının qiymətini 20-25% bahalandırıb. Səbəb kimi, taxıl, elektrik enerjisi və suyun bahalanması göstərilir. 08B
-
- Cəmiyyət
- 17 Avqust 2016 16:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz