«Buta Sığorta» hərracların birja elektron sisteminin iştirakçısıdır
Bazar ertəsi Bakıda sığorta şirkətinin birja elektron ticarət sisteminin (BEST) "MONEY-MARKET" pul bazarında iştirakına dair müqavilə bağlayıblar. müqaviləni BBVB-nin rəhbəri Fərhad Əmirbəyov və "Buta Sığorta"nın İdarə heyətinin sədri Abbas Babayev imzalayıblar. Müqaviləyə əsasən, "Buta Sığorta" iştirakçı banklarla bərabərhüquqlu qismində topdan pul bank bazarına çıxış imkanı əldə edir.
Fərhad Əmirbəyov mərasimdə deyib ki, «Buta Sigorta» «Ateshgah»dan sonra belə müqavilə bağlayan ikinci şirkətdir.
"Sığorta şirkətləri Azərbaycan bankları üçün vacib likvidlik tədarükçüsüdür. Sığorta şirkətləri isə operativ şəkildə və ən yaxşı dərəcə ilə müvvəqqəti sərbəst vəsaitləri yerləşdirmək imkanı əldə edir", - deyə Fərhad Əmirbəyov bildirib.
"Buta Sığorta" ("Thames Insurance Group") 1996-cı ildən sığorta bazarında fəaliyyət göstərir. Səhmdarları Qafqaz Lizinq, Baku Electronics, Bank of Baku, Baku Service Company, Auto Azerbaijan və NAB Holding-dir. Şirkət 17 könüllü, 3 icrabi sığorta növü üzrə xidmət göstərir. --17D—
-
- Cəmiyyət
- 9 Aprel 2013 11:55
-
- İqtisadiyyat
- 9 Aprel 2013 12:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz