Açiq mənbələrdən foto.
Cəbrayıla və Hadruta elektrik enerjisi verilməsi bərpa edilib
Bakı/19.11.20/Turan: "Azərişıq" ASC Horadiz qəsəbəsindəki yarımstansiyadan Cəbrayıl şəhərinə və Hadrut qəsəbəsinə elektrik enerjisi verilməsini bərpa edib, bu barədə "Azərişıq"ın press-relizində deyilir.
Gecə-gündüz hərbi əməliyyatlar zonasında mülki obyektlərə dəyən ziyanın aradan qaldırılması üzrə işlər görülür.
Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarə etmə sistemini tətbiq etməklə şəbəkələrin yaradılması, elektrik verişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanıb, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, qeyd edilən rayonlar Qarabağda 44 günlük müharibə zamanı Azərbaycan SQ tərəfindən azad edilib. -02D-
-
- Söz istəyirəm
- 19 Noyabr 2020 11:57
-
- Maliyyə
- 19 Noyabr 2020 13:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz