"Cəlilabad-şərab" SC-nin səhmləri investorlara nominaldan 6 dəfə ucuz təklif edilir
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 6-cı dəfə "Cəlilabad-şərab" SC-nin səhmlərindən qurtulmaq istəyir.
Cəlilabad Şərabçılıq zavodunun səhmlərinin 99,97%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edilib. İlk dəfə müəssisənin səhmləri 2007-ci ildə satışa çıxarılıb. Bu illərdə tələb dəyişməyib – müəssisənin fəaliyyətinin bərpası.
İddiaçılar dövlət büdcəsinə ən azı 500 000 manat ödəmək öhdəliyi götürməlidir. Bu, zavodun nizamnamə kapitalından altı dəfə azdır.
Son 4 ildə SC-nin maliyyə vəziyyəti dəyişməyib: fevralın 1-i üçün öhdəlikləri 473 min manat, debitor borcları 28,7 min manat təşkil edir.
Cəlilabad rayonunda səhmləşdirmə yolu ilə biri investisiya müsabiqəsi yolu ilə olmaqla iki şərab zavodu satılıb. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz