CİİC Müşahidə Şurası mövcud layihələrin icrasının gedişini müzakirə edib
«Xəzər Beynəlxalq İnvestisiya Şirkəti» (CİİC) QSC-nin Müşahidə Şurası ötən həftə mövcud layihələrin icrasının gedişini müzakirə etmək üçün İstanbulda toplaşıb.
CİİC Bakı baş ofisində Turan-a bildiriblər ki, MŞ-nın iclasında heç bir prinsipial qərar qəbul edilməyib. Fondun maliyyələşdirdiyi layihə sayı əvvəlki kimi qalır. Səhmdarların tərkibində dəyişiklik yoxdur.
Azərbaycanı CİİC Müşahidə Şurasında «Azərbaycan İnvestisiya Şirkəti»nin (AİC) icraçı direktoru Rövşən Nəcəf təmsil edir.
Bu ilin sonuna kimi MŞ bir sıra layihələrə baxmalıdır. «Maliyyələşmə üçün minimum bir layihə seçəcəyimizi gözləyirik», deyə CİİC-də bildiriblər.
Hazırda CİİC-in investisiya portfeli 3 layihədən ibarətdir. Fondun hesabına bu layihələrə $13,4 mln ayrılıb. Bunlar Gəncədə anbar kompleksi ($5,5 mln), “Villa Badam” ($6,4 mln) yaşayış kompleksi və “A-agro” kənd təsərrüfatı müəssisəsidir ($1,5 mln).
CİİC 2008-ci ilin martında Azərbaycanda təsis edilib. Fond şəriət prinsipləri ilə işləyir. Nizamnamə kapitalı $31 mln-dur və belə bölünüb: AİC - 24,1%, İslam İnkişaf Korporasiyası – 18%, İslam İnkişaf Bankı 27,1%, “AREF” investisiya qrupu – 14,5% və “Al-Ahmar” qrupu – 16,3%. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz