George Ganchev
Corc Qançev "Feyrmont Baku, Fleym Tauers" şirkətinin baş meneceri təyin edilib
Bakı/04.06.22/Turan: Dünyanın aparıcı otellər qrupu olan "Akkor" Corc Qançevin "Feyrmont Baku, Fleym Tauers" hotelinin baş meneceri təyin olunduğunu elan edib.
Bu barədə "PR - Akkor Nyu İst Yeurop" məlumat yayıb.
Baş menecer kimi Corc "Feyrmont Baku"nun 5 ulduzlu lüks hoteli Fleym Tauers"in ən yüksək brend standartlarına uyğun fəaliyyətinə nəzarət edəcək. Onun vəzifələrinə hotel komandasını idarə etmək, qonaqların məmnunluğuna diqqət yetirmək və işçilər üçün "Heartist" proqramını hazırlamaq daxildir.
Fransız biznes məktəbinin məzunu olan Corc "Kempinski" ilə Yaxın Şərq, Tanzaniya və Şimali Avropada uğurlu karyera qurub və 2017-ci ildən "Bleyzon Hotels" nəzdində "Ajman Hotel"in baş meneceri vəzifəsində çalışıb.
“Feyrmont Baku, Flame Tauers" komandasına qoşulmaq və bu heyrətamiz layihənin bir hissəsi olmaqdan şərəf duyuram. Əminəm ki, biz birlikdə qonaqlarımıza Bakıya səfər etmək kimi unudulmaz təəssürat yarada, onlara parlaq təəssürat və qüsursuz xidmət bəxş edə biləcəyik”, - deyə Corc Qançev təyinatını şərh edir.—0—
-
- İqtisadiyyat
- 4 İyul 2022 16:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz