Daha bir DOİ emissiyası olacaq
İyunun 18-də Maliyyə Nazirliyi 3 mln manatlıq dövlət ortamüddətli istiqrazlarını hərraca çıxaracaq.
Bakı Fond Birjasının məlumatına görə, AZ 0105009408 seriyalı nominal qiyməti 100 manat olan 30 min istiqrazın dövriyyə müddəti 728 gün, silinmə tarixi 26 iyun 2015-ci ildir.
Kağızların gəlirliliyi illik 3,75%-dir. Gaəlirlər üzrə faizlər 26 dekabr 2014 və 26 iyun 2015-ci ildə ödəniləcək.
Hərrac zamanı, DOİ buraxılışının 20%-dan artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 30%-dən aşağı olduğu təqdirdə Emitent bu sifarişləri qəbul etməmək hüququna malikdir.
Maliyyə Nazirliyi 2013-cü ildə 200 mln manatlıq DOİ emissiyası planlaşdırır. --17D-
-
- İqtisadiyyat
- 4 İyun 2013 13:10
-
- Cəmiyyət
- 4 İyun 2013 13:13
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz