Daha bir xarici əczaçılıq şirkəti Azərbaycanda əczaçılıq zavodu tikmək planını açıqlayıb
Fevralın 8-də “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkəti arasında Azərbaycanda yeni əczaçılıq zavodunun tikintisini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Tərəflər birgə investisiya əsasında dərman preparatları istehsalı məsələsini razılaşdırıblar, deyə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti bildirir.
“VPS Healthcare”ın Dubayda “LİFEPharma” əczaçılıq zavodu var. Şirkətin daha bir əczaçılıq zavodu Əbu Dabidə tikilir.
Şirkətin 20 ixtisaslaşmış klinikası, Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Hindistanda 13 brenddə xəstəxana və sağlamlıq mərkəzləri var.
2016-cı ildə AİŞ Azərbaycanda əczaçılıq zavodu tikəcək iki şirkətin kapitalına daxil olub. “Hayat Pharm” MMC və “Caspian Pharmed” MMC Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək. Azərbaycan-Rusiya “Hayat Pharm” MMC-yə (AİŞ-in payı 10%) investisiya $74 mln, Azərbaycan-İran “Caspian Pharmed” (AİŞ - 25%) MMC-yə $22,1 mln investisiya qoyulur.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz