Daşkəsən Filizsaflaşdırma Kombinatı özəlləşdirilməyə çıxarılır
Prezident İlham Əliyev iyulun 13-də «Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Daşkəsən Filizsaflaşdırma Kombinatı üçüncü dəfə özəlləşdirilməyə çıxarılır.
Müəssisə «Azərbaycan Polad İstehsalı Kompleksi» dövlət QSC-nin strukturundan çıxarılır və Əmlak Komitəsinin sərəncamına verilir. Təhvil-təslim bir aya başa çatdırılmalıdır.
Müəssisənin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə həyata kçeiriləcək.
Bu məqsədlə nüfuzlu məsləhətçi şirkət cəlb ediləcək. Səhmlərin özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.
Dövlət “Daşkəsən Filizsaflaşdırma” ASC-də 97% səhm sahibidir. Qalan 3% əmək kollektivinə məxsusdur.
2003-2008-ci illərdə “Daşkəsən Filizsaflaşdırma” ASC 2 dəfə müsabiqəyə çıxarılıb. Dövlətlə səhmlərin alqı-satqısı haqqında müqavilələr məhkəmə qaydasında ləğv edilib.
«Azərbaycan Polad İstehsalı Kompleksi» QSC 2013-cü aprelində yaradılıb. Onun aktivində cəmi bir struktur olub - “Daşkəsən Filizsaflaşdırma” ASC. 08D
-
- Cəmiyyət
- 14 İyul 2016 12:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz