Deputat «AZAL»ı qanunsuz pul almaqda ittiham edir
Cümə günü Parlamentin plenar iclasında deputat Çingiz Qənizadə “AZAL” dövlət şirkətini qanunsuz pul almaqda ittiham edib.
Deputat bildirib ki, bir neçə gün əvvəl Türkiyədən qayıdarkən qeydiyyatda ona öndən yer verməyi xahiş edib, bunun üçün ondan əlavə olaraq 30 dollar istəyiblər.
“Sərnişinlər onsuz da biletləri yüksək qiymətlərlə alır, niyə öndə oturmaq üçün əlavə ödəniş etməlidirlər? “AZAL”ın İstanbul aeroportundakı nümayəndəsi bildirib ki, bu təlimat Bakıdan daxil olub”, deyə Qənizadə bildirib.
Bu zaman deputat qeyd edib ki, təyyarədə çox yerlər boş idi.
“Məsələn, biznes-klassda 15 yer boş idi. Boş yerlərin olmasına baxmayaraq, “AZAL” sərnişinlərdən əlavə pul tələb edir. Bu, zorla pul almaqdır”, deyə o bildirib. -71В-
-
- İqtisadiyyat
- 14 Oktyabr 2016 15:00
-
- İqtisadiyyat
- 14 Oktyabr 2016 15:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz