DGK plana 43% artıqlaması ilə əməl edib
Dövlət Gömrük Komitəsi dekabrda 235 mln manat gömrük rüsumu və vergisi yığıb. Beləliklə, 2016-cı ildə mal idxalı və ixracından dövlət büdcəsinə 2 mlrd 291,6 mln manat daxil olub.
2015-ci illə müqayisədə gömrük rüsumu və vergisinin həcmi 700 mln manat və ya 43,9% artıb.
Gömrük mədaxilinin artımı manatın iki dəfə devalvasiyası və idxalın 6% azalması fonunda baş verib. Başqa sözlə, plana artıqlaması ilə əməl etməkdə DGK-nın elə bir çətinliyi olmayıb.
Dövlət büdcəsinə əsasən, 2017-ci ildə DGK 2,2 mlrd manat toplamalıdır. --08D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz