Dollar psixoloji 1.60 manat qiymətini keçdi
Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 6-8-nə USD/AZN məzənnəsini 1,6005 səviyyəsində müəyyən edib.
Avqustun 5-də USD/AZN məzənnəsi 1,5980 idi. Beləliklə, ardıcıl olaraq iki ayda dollar təxminən 0,11 manat bahalaşıb və psixoloji 1,60 manat səviyyəsini keçib.
Bu, Azərbaycanın valyuta bazarında ajiotaj yaradıb. Bu gün bir sıra kommersiya bankları Amerika valyutasının satışını dayandırıb.
Digər banklar dollar satışını məhdudlaşdırıb və bir nəfərə 500 və ya 1000 dollar satır. -06D-
-
- Siyasət
- 5 Avqust 2016 18:01
-
- Söz istəyirəm
- 5 Avqust 2016 18:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz