Dövlət büdcəsində neftin qiyməti $80-$90-dır
2015-ci il üçün Azərbaycanın dövlət büdcəsində neftin qiyməti $80-$90 olacaq.
Planlaşdırılan qiymət barədə rəsmi informasiya olmasa da, ötən il parlamentdə 2014-cü ilin dövlət büdcəsi müzakirə ediləndə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova demişdi ki, 2015-2017-ci illərdə baza qiyməti $80 nəzərdə tutulub. Turan-ın əldə etdiyi qeyri-rəsmi məlumata görə, hökumət Rusiyadan nümunə götürəcək. Orda baza qiyməti $87-$90 planlaşdırılır.
2015-2017-ci illər üçün sosial-iqtisadi inkişaf üzrə dövlət Proqramı ilə müşayiət edilən dövlət büdcəsi və icmal büdcəsi Maliyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən təsdiq edilib və dövlət başçısının təsdiqini gözləyir.
Büdcənin gəlirlər hissəsi açıqlanmasa da, Vergilər Nazirliyi 5% artım gözləyir. Dövlət büdcəsinin gəlirləri ÜDM-in 30%-i qədər olacaq. ÜDM 62,9 mlrd manat ($80,4 mlrd) təşkil edəcək.
Neft gəlirləri azaldığı üçün vergi yığımına diqqət artırılacaq, nəzarət gücləndiriləcək. Hökumət qeyri-neft sektorunda 9% artım gözləyir. 2014-cü ildə qeyri-neft sektorunda 10% artım planlaşdırılırdı, amma 8 ayda 6,3% artım var.
2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 384 mln manat, xərcləri 20 063 mln manat nəzərdə tutulub.
Dövlət büdcəsinin kəsiri 1 679 mln manat, icmal büdcənin kəsiri (ARDNF transfertləri nəzərə alınmadan) 14 084,9 мmln manat proqnozlaşdırılıb.—0—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz