Dövlət büdcəsindən hüquq-mühafizə və məhkəmə orqanlarına ayrılacaq vəsait artırılıb
2014-cü ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının maliyyələşdirilməsi üçün 1 240 297 642 manat vəsait ayrılması nəzərdə tutulub. Bu, 2013-cü ilin dövlət büdcəsində bu orqanlar üçün ayrılan vəsaitdən 125 501 322 manat çoxdur.
Vəsaitin 59 392 983 manatı məhkəmə hakimiyyətinin, 928 580 510 manatı hüquq-mühafizə orqanlarının, 49 398 499 manatı prokurorluq orqanlarının, 202 925 650 manatı digər kateqoriyalara aid edilməyən xidmətlərə xərclənəcək.
Xatırladaq ki, 2013-cü ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üçün 1 114 796 320 manat ayrılıb. -03D-
-
- Cəmiyyət
- 21 Oktyabr 2013 17:29
-
- İqtisadiyyat
- 21 Oktyabr 2013 17:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz