Dövlət büdcəsinə yenidən baxılması planlaşdırılmır
Maliyyə naziri Samir Şərifov bazar ertəsi keçirilən mətbuat konfransında bildirib ki, 2015-ci il üçün dövlət büdcəsinə yenidən baxmağı planlaşdırmır.
O, bunu neft qiymətlərinin büdcəni təsdiq edilmiş həcmdə icra etməyə imkan verən həddə olması ilə izah edib.
2014-cü ilin noyabrında nazir qeyd edib ki, neftin bir bareli 90 dollar olaraq hesablanmış büdcə üçün, bir barelin qiyməti 60 dollardan aşağı olmadığı təqdirdə, heç bir təhlükə yoxdur.
Dövlət büdcəsi haqqında qanuna əsasən, büdcəyə düzəlişlər 30% defisit olduqda edilə bilər. Amma bu ilin fevralında Mərkəzi Bank tərəfindən manatın bir gündə 33% ucuzlaşması yolu ilə buna ehtiyac qalmadı.
Nazirin sözlərinə görə, birinci rübdə dövlət büdcəsinin defisiti 251 mln. manat təşkil edib və bu defisit ötən ilin ehtiyatları və digər gəlirlər hesabına ödəniləcək. -0-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz