Dövlət büdcəsinin icrasında gərginlik gözlənilir
Maliyyə Nazirliyində 2014-cü ilin yekunları üzrə geniş müzakirə keçirilib. 11 ildə ilk dəfə məruzəçilər azsəmərəli və prioritet olmayan xərclərə qənaətdən, büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərdən danışıblar. Bütün bunlar neftin ucuzlaşması ilə bağlı dövlət büdcəsinin icrasında yaranan gərginlikdən xəbər verir.
Maliyyə naziri Samir Şərifov bildirib ki, 2014-cü il üçün icmal büdcə 1,8 mlrd profisitlə icra edilib. «2014-cü il üçün icmal büdcənin gəlirləri 23,1 milyard manat və ya 104,9 faiz, xərcləri 21,3 milyard manat və yaxud 87,2 faiz icra olunub” deyə o bildirib. Onun sözlərinə görə, dövlət büdcəsinin mədaxili 18,4 milyard manat və ya 100,2 faiz, xərcləri isə 18,7 milyard manat (kəsir 300 min) olub.
Bu ilin büdcəsinə gəlincə, nazir deyib ki, qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsinin genişləndirilməsi, əvvəlki illərdən qalmış və növbəti il üçün nəzərdə tutulan vergi və digər daxilolmaların dövlət büdcəsinə tam alınması, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində əlavə yaranacaq vergilərin büdcəyə cəlb olunması nəzərdə tutulur. --17D—
-
- İqtisadiyyat
- 16 Yanvar 2015 14:41
-
- İqtisadiyyat
- 16 Yanvar 2015 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz